Qanunsuz saxlanılan silahlarla bağlı tədbirlər davam etdirilir 

10:59 05.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qanunsuz saxlanılan odlu silah-sursatın Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, yanvarın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 patron darağı və 130 ədəd patron aşkar edərək götürüblər.